Beyləqan sakinləri kiber cinayətlər barədə məlumatlandırılıb
Digər xəbərlər

Beyləqan sakinləri kiber cinayətlər barədə məlumatlandırılıb

Beyləqanda kibercinayətkarlıq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları kiber üsullardan istifadə edilməklə törədilən cinayətlər barədə sakinlərə ətraflı məlumatlar veriblər. Cinayət əməli törədənlərin qurbanına çevrilməmək üçün şübhəli linklərə keçid etməməyi, şəxsi və bank kartı məlumatlarını digər şəxslərə ötürməməyi bir daha diqqətə çatdırıblar.

Əhalinin sıx olduğu ərazilərdə, bankomat və ödəmə terminallarının ətrafında xəbərdaredici lövhələr yerləşdirilib.