Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir
CƏMİYYƏT

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Qurban bayramı ilə əlaqədar vətəndaşların bölgələrə axını müşahidə edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Respublika”ya bildirilib ki, gücləndirilmiş iş rejiminin iki günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 634 reys həyata keçirilib, 20623 sərnişin mənzil başına çatdırılıb.

Sərnişinlərə səfərlərini rahat planlamaları üçün biletləri öncədən “biletim.az” portalından onlayn qaydada əldə etmələrini tövsiyə edilir.

Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin olunmasına xidmət edən “biletim.az” portalında hazırda 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür.