“BBC Travel” Azərbaycan mədəniyyəti ilə bağlı reportaj hazırladı
CƏMİYYƏT

“BBC Travel” Azərbaycan mədəniyyəti ilə bağlı reportaj hazırladı

İngiltərənin məşhur “BBC Travel” saytı Azərbaycanın əsas tarixi, gəzməli-görməli yerləri barədə məqalə yayımlayıb.

"Respublika" xəbər verir ki,  "Azərbaycan - Qafqazın Odlar Yurdu" adlı yazıda Azərbaycan mədəniyyəti ilə Zərdüştlük arasında dərin bağların mövcud olduğu öz əksini tapıb.

Məqalədə, həmçinin Zərdüştlüyün 3000 il əvvəl bölgəyə gəlməsi ilə, odun Azərbaycan mədəniyyətində və mifologiyasında dərin kök saldığı da qeyd olunub.

Bundan başqa, Qız qalası, Suraxanıda və Quba rayonunun Xınalıq kəndində yerləşən Atəşgah məbədləri barədə məlumatlar da yazıda yer alıb.

Bildirilir ki, qədim Zərdüştlük mədəniyyəti müasir Azərbaycan əhalisinin adət-ənənələrinə təsirsiz keçməyib.

Nəzrin ELDARQIZI,

"Respublika".