Azərbaycanın xarici işlər naziri arxiyepiskop Marek Solçinski ilə görüşüb
Siyasət

Azərbaycanın xarici işlər naziri arxiyepiskop Marek Solçinski ilə görüşüb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın iqamətgahı Türkiyə Respublikasının Ankara şəhəri olmaqla, Azərbaycan Respublikasındakı Apostol nunsisi arxiyepiskop Marek Solçinski ilə görüşüb.

 AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Vatikan münasibətləri, habelə Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti müzakirə olunub.

Azərbaycan ilə Vatikan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq layihələrinin, qarşılıqlı səfərlərin dialoqun vacibliyi vurğulanıb.

Görüşdə postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq layihələri, bölgədə sülh sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı digər məsələlərdə ölkəmiz tərəfindən atılan addımlar diqqətə çatdırılıb.

Arxiyepiskop Marek Solçinski Azərbaycanın müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq həmrəyliyin bərqərar olması naminə səylərini yüksək qiymətləndirib.

Görüşdə, tərəflər arasında həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.