Azərbaycanın müdafiə naziri Belarusa səfər edib
ORDU

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

İyulun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Minsk şəhərində bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Günü ilə əlaqədar keçiriləcək hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin səfəri iyulun 3-dək davam edəcək.