Avro-2024: Niderland –Türkiyə oyununu idarə edəcək hakimlərin adı açıqlanıb
İdman

Avro-2024: Niderland –Türkiyə oyununu idarə edəcək hakimlərin adı açıqlanıb

Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Niderland–Türkiyə komandaları arasındakı oyunu idarə edəcək hakimlərin adı açıqlanıb.

"Respublika" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Berlində baş tutacaq görüşün referisi fransalı Kleman Türpen olacaq. Ona həmyerliləri Nikolas Danos və Benjamin Pajes kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Feliks Zvayer yerinə yetirəcək. VAR-da isə Jerom Brisard olacaq.

Qeyd edək ki, iyulun 6-da baş tutacaq Niderland–Türkiyə matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.