“Azəri-Çıraq-Günəşli”nin gəlirləri açıqlanıb
İqtisadiyyat

“Azəri-Çıraq-Günəşli”nin gəlirləri açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin altı ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 10,23 faiz azalıb.

"Respublika" Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən iyulun 1-i tarixinə 3 005,3 milyon dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə AÇG yatağından 3 milyard 348 milyon dollar gəlir əldə edilmişdi.