NBA-in keçmiş basketbolçusu “Sabah”a keçib
İdman

NBA-in keçmiş basketbolçusu “Sabah”a keçib

“Sabah” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubdan "Respublika"ya verilən məlumata görə, ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “tələbələr” amerikalı Hassani Qravetti transfer edib. Onunla iki illik müqavilə imzalanıb.

Hassani Qravett peşəkar karyerası ərzində 2021-2022-ci illər mövsümündə NBA-də çıxış edən “Orlando Mecik”in heyətində 8 oyuna çıxıb.

O, son mövsümü Polşanın “Slask” klubunda keçirib.