Rəcəb Tayyib Ərdoğan müsəlman aləmini islamofobiya ilə mübarizədə səyləri birləşdirməyə çağırıb
Türk dünyası

Rəcəb Tayyib Ərdoğan müsəlman aləmini islamofobiya ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Türkiyə Prezidenti Qərb ölkələrində getdikcə güclənən ksenofobiya və islamofobiya ilə mübarizədə səyləri birləşdirməyə çağırış edib.

"Respublika" Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə dövlətinin başçısı Şimali Amerikanın Pakistanlı Həkimlər Assosiasiyasının (APPNA) 46-cı illik toplantısına videomüraciətində deyib: “Qurban bayramının birinci günündə müqəddəs kitabımız “Qurani-Kərim”ə qarşı İsveçdə edilən mənfur hərəkət islamofobiyanın qorxunc təzahürüdür. Bütün müsəlman aləmi belə halların təkrarlanmaması üçün səyləri birləşdirməlidir”. 

Rəcəb Tayyib Ərdoğan İslam dünyasına müraciətində vurğulayıb: “Türkiyədə sərt reaksiya verdiyimiz bu cür halların təkrarlanmaması üçün hamımızın, bütün müsəlmanların üzərinə böyük məsuliyyət düşür. Əgər biz bir ürək, bir yumruq kimi birləşsək, dünyada heç kəs müsəlmanların müqəddəs rəmzlərinə qarşı hücuma cürət edə bilməz”.