Azərbaycanda Belarus Mədəniyyət Günləri sona çatır
Mədəniyyət

Azərbaycanda Belarus Mədəniyyət Günləri sona çatır

Xəbər verdiyimiz kimi, Azərbaycanda Belarus Respublikasının Mədəniyyət Günləri keçirilir. Bununla əlaqədar Heydər Əliyev Sarayında açılış mərasimi və Qala-Konsert olub. Mədəniyyət Nazirliyində iki dövlətin mədəniyyət nazirləri Adil Kərimov və Anatoli Markeviç arasında görüşdə qeyd edilib ki, belə təmaslar hər iki dost və qardaş xalqın daha da yaxınlaşmasında, mədəniyyət dialoqunun genişlənməsində mühüm rol oynayır.

Azərbaycan və Belarusun mədəniyyət müəssisələrinin rəhbərləri dəyirmi masa arxasında görüşüblər. Müzakirələr zamanı yaxın perspektiv üçün bilavasitə mədəniyyət müəssisələri - Azərbaycan Dövlət Filarmoniyası və Belarus Dövlət Filarmoniyası, "Azərbaycanfilm" və "Belarusfilm", hər iki ölkənin rəssamlar ittifaqları və s. arasında təmasların genişləndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb, Azərbaycan Milli İncəsənət Muzeyi və Belarusun Milli Rəsm Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb və müqavilələr bağlanılıb.

“Respublika”.