Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Mədəniyyət

Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalqının Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü – 30” adlı tədbir.Dövlət himninin səsləndirilməsi ilə başladı.

Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. 

Tədbiri Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq 15 iyun – Milli Qurtuluş Günü haqqında danışdı. O, Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın  banisi olduğunu qeyd etdi və bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.  

Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı Dilarə Nağıyeva-Muxtarova çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışdı. O bildirdi ki, Ulu Öndər Heydər Əliyevin məqsədi daim Azərbaycan xalqının firəvanlığını təmin etmək olmuşdur. D.Nağıyeva Heydər Əliyevin torpaqlarımıza azadlıq bəxş etdiyini vurğuladı. D.Nağıyeva Yasamal rayon MKS-nin direktoru  Lətifə Məmmədovanı Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar İB-nın təsis etdiyi “Heydər zirvəsi” diplomu ilə  təltif etdi.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin hər bir sahəyə verdiyi xüsusi diqqətdən danışdılar. Ulu Öndərin görkəmli şəxsiyyətlərə, mədəniyyət xadimlərinə verdiyi dəstəkdən söz açdılar və vurğuladılar ki, 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Heydər Əliyev yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı ilə bütün dünya azərbaycanlılarının lideri idi. O, Heydər Əliyevin həyatını canından artıq sevdiyi xalqına həsr etdi.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova tədbir iştirakçılarına təşəkkürünü bildirdi. O, Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlığın ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırdığını qeyd etdi. N.Ömərova Milli Qurtuluş Gününün xalqımızın yaddaşına mühüm tarixi gün kimi həkk olunduğunu vurğuladı.

      Gülnar ALLAHVERDİYEVA,

Yasmal rayon MKS-nin sistem inzibatçısı.