Böyük aktyorluq məktəbinin yaradıcısı
Mədəniyyət

Böyük aktyorluq məktəbinin yaradıcısı

Azərbaycanın görkəmli teatr kino aktrisası, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı Nəsibə Zeynalova 1916- il aprel ayının 20- Bakıda doğulub.

Azərbaycan milli realist aktyor məktəbinin banisi eyni zamanda dövrünün tanınmış tacirlərindən biri olan Cahangir Zeynalovun ailəsində dünyaya göz açan N.Zeynalova hələ iki yaşında ikən atası dünyasını dəyişmış, ailəsi çox çətinliklə dolanmışdı. Zavodların birində fəhlə işləməyə başlayan gənc qız bir müddət sonra anasını da itirir. Varlı tacir olmaqla bərabər, həm rus, fransız, ərəb dillərini gözəl bilən, Azərbaycan milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalov yeganə övladının onun sənətini davam etdirməsini arzulamışdı. Lakin ömür vəfa etməmiş, o, bu günləri görməmişdi...

Hələ orta məktəbdə oxuyarkən milli oyun havalarını bacarıqla ifa edən, böyüdükcə istedadı, qabiliyyəti ilə hamıdan seçilən N.Zeynalova 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv yazılır, sonrakı illərdə Bakıda fəaliyyət göstərən səyyar teatrda aktrisa kimi işə başlayır. 1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi qəbul olunur elə həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alır. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Uilyam Şeksprin "Şıltaq qızın yumşalması"nda Katarina, Jan Batist Molyerin "Don Juan"ında Elvira, Fridrix Şillerin "Mariya Stüart" əsərində Yelizaveta rollarını canlandırır.

Deyirlər ki, böyük sənətkarlar əksər vaxtlarda övladlarının onların yolunu davam etdirməsinə razı olmurlar. Çünki səhnə həyatı kənardan qədər cazibədar görünsə , həddən artıq çətin, bəlkə məşəqqətlidir. Səhnənin bütün bu çətinliklərinə rəğmən Cahangir Zeynalov sevimli qızının gələcəyini səhnədə, teatrda görürdü... Onun bu arzusu günlər ayları, aylar illəri əvəz etdikcə reallaşır, Azərbaycan realist aktyor məktəbinin layiqli nümayəndəsi yetişirdi... Azərbaycanın görkəmli teatr kino aktrisası, Azərbaycan SSR Xalq artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı Nəsibə Cahangir qızı Zeynalova. Səhnəmizin Cənnət xalası...

Nəsibə Zeynalova Azərbaycanın teatr tarixində komediya janrının zəngin ənənələrini yaşadaraq böyük aktyorluq məktəbi yaratmışdır. Sevib-seçdiyi sənətinə vurğunluğu ilə milli kino sənətimizin inkişafında müstəsna xidmətləri olan görkəmli sənət ustası həyat verdiyi bütün personajlarına uğurlu tale yaşatmış, yaratdığı müxtəlif xarakterli rollar, səmimiliyi, xəlqiliyi, həyatiliyi ilə qəlbləri fəth etmişdir. Onun böyük səmimiyyətlə yaratdığı duzlu, məzəli obrazlar milyonlarla insanın həyatına, məişətinə daxil olmuş, bu sənət fədaisinin adını milli mədəniyyətimizin tarixinə əbədi olaraq yazmışdır. Milli teatrımızın parlaq ulduzu olan Nəsibə Zeynalova insanın daxili aləmini xırda incəliklərinə qədər açmağı bacaran sənətkar idi.

Azərbaycanın aktyorluq sənətinin zəngin ənənələrini ləyaqətlə davam etdirən sənətkarın yaradıcılığı Azərbaycan teatr tarixində xüsusi yer tutur. Nəsibə Zeynalovanın neçə-neçə gənç aktyorun yetişməsində, sənətinin zirvəsinə yüksəlməsində əvəzsiz xidmətləri olmuşdur. Sənətinin zirvəsinə yüksələrək bu aləmin enişli-yoxuşlu, çətin yollarında əminliklə, böyük cəsarət inamla addımlayan bu səhnə ustasının təcrübəsindən çoxları bəhrələnmişdi. İstər sənətdə, istərsə həyatda çoxlarına böyüklük, analıq etmişdi.

Nəsibə Zeynalovanın səhnə fəaliyyətinin ən parlaq dövrü məhz Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışdığı illər olmuşdur. Ömrünün 60 ildən çox hissəsini bu teatra həsr edən sənətkar milli yumor hissi ilə yaratdığı rəngarəng, səhnəmizin nadir inciləri sırasında duran bənzərsiz obrazları ilə Azərbaycan mədəniyyəti tarixində öz layiqli yerini tutmuş, milli teatrın inkişafında mühüm rol oynamışdır. Musiqili komediya teatrımızın inkişafında böyük xidmətlərinə görə isə Nəsibə Zeynalova 1960- ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti kimi fəxri adlara layiq görülmüşdür.

Yaratdığı saysız-hesabsız obrazların içində özünün "qayınanası" ilə adını Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazan, xalqın yaddaşında əbədiləşdirən Nəsibə Zeynalova "Ögey ana" filmində Fatmanisə, "Böyük dayaq"da Telli, "Ulduz"da Züleyxa, "Qayınana"da Cənnət xala, "Molla Fətəlinin sərgüzəşti"ndə Gülsüm, "Bəyin oğurlanması"nda Əsli xala obrazları ilə tamaşaçısının qəlbini fəth etmişdi. Ən kiçik, epizodik rolu belə yaddaqalan etməyi bacarırdı Nəsibə xanım. Komik rollar ifaçısı olmağın çətinliyini çox gözəl bilirdi. Bilirdi ki, tamaşaçını yalnız güldürmək yox, onu düşündürməyi bacarmalısan. Nəsibə Zeynalovanın böyüklüyü onda idi. Güldürə-güldürə düşündürmək...

Azərbaycan teatr kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Zeynalova istər teatr səhnəsində, istər kinoda yaratdığı təbii, səmimi rolları ilə tamaşaçısını heyran edirdi. Nəsibə xanım həm gözəl tərəf müqabili idi. Onun səhnəmizin gülüş ustaları - Lütvəli Abdullayev Səyavuş Aslan, Bəşir Səfəroğlu, Hacıbaba Bağırovla yaratdığı duetlər böyükdən-kiçiyə bu gün hamının dilində əzbərdir.

Realist aktyor məktəbinin layiqli davamçılarından olan Nəsibə Zeynalova sənətinin fövqündə dayanan, ömrünü sənətinə həsr edib böyük məktəb yaradan sənətkarlarımızdan idi. Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi Nəsibə Zeynalova milli koloriti həyatiliyi ilə seçilən unudulmaz obrazların mahir yaradıcısı olmuşdur. Adı çəkiləndə dodaqlara gülüş, çöhrələrə təbəssüm gətirən sənətkar epizodik rollarından ta ki əsərin baş qəhrəmanına qədər yaratdığı Gülpəri, Cahan xala, Sənəm, Mələk xanım Kələk xanım kimi yüzlərlə xarakterik səhnə obrazları ilə tamaşaçısını güldürə-güldürə düşündürür, yaratdığı personajlarla özünü yaddaşlara möhürlüyürdü. Onun daxili aləmini ən xırda incəliklərinədək açdığı, böyük məharətlə canlandırdığı bütün qəhrəmanların adları xalq arasında dillər əzbəri olmuş, eyni zamanda Azərbaycan kinemotoqrafiyasının qızıl fonduna daxil edilmişdir. Nəsibə Zeynalovanın yaratdığı bütün obrazları sevilirdi.

Mehparə ƏLİYEVA,

"Respublika".