Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində
Sərəncam

Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində "Nəqliyyat vasitələrinin utilizasiyası fondu"nun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə "Tullantılar haqqında" Azərbaycan Respublikası Qanununun 14-3-cü maddəsinə və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində "Nəqliyyat vasitələrinin utilizasiyası fondu" yaradılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

3. Bu Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 yanvar 2024-cü il.