Azərbaycan basketbol millisinin Ermənistanla oyununun vaxtı açıqlanıb
İdman

Azərbaycan basketbol millisinin Ermənistanla oyununun vaxtı açıqlanıb

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisinin Avropa Kubokunda Ermənistanla keçirəcəyi oyununun vaxtı bəlli olub.

"Respublika" xəbər verir ki, iyunun 8-də Kosovonun paytaxtı Priştina şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq, Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.