Dünya minifutbolunun güclü komandaları Azərbaycanda bir araya gələcək
İdman

Dünya minifutbolunun güclü komandaları Azərbaycanda bir araya gələcək

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçiriləcək minifutbol üzrə beynəlxalq turnirin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətindən, ölkə idmanının inkişafına verdiyi töhfələrdən bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən gənclər idman naziri Fərid Qayıbov minifutbol üzrə Azərbaycan millisinin əldə etdiyi nailiyyətlərdən danışaraq deyib ki, ötən il yığmamız Avropa çempionatının qalibi olmaqla bütün xalqımızı sevindirdi. Sonra dövlətimizin başçısı İlham Əliyev onları qəbul etdi. Bu görüş milli komandanın üzvləri üçün stimul yeni uğurlara təkandır.

"Ölkəmizdə minifutbol üzrə beynəlxalq turnir ilk dəfə təşkil olunacaq. Ötən yarışlarda olduğu kimi, bu turnir yüksək səviyyədə keçiriləcək. Dünya minifutbolunun yetərincə güclü komandaları ölkəmizə gələcək. Yarışların gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar. İnanırıq ki, millimiz Avropa çempionatında qazandığı uğuru doğma meydanda keçiriləcək beynəlxalq turnirdə təkrarlayacaq", - deyə nazir əlavə edib.

Bakıda keçiriləcək beynəlxalq turnirdə Avropa çempionatının qalibi olmuş milli komandamızın çıxış edəcəyini qeyd edən Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov bildirib ki, bu yarış yoldaşlıq turniri olacaq. Buna baxmayaraq, seçməmizin doğma meydanda uğurla çıxış edəcəyinə ümid edirik. Əsas məqsədimiz çempion olmaqdır. Yarışda yeni futbolçulara da şans veriləcək.

Bu ilin dövlət başçısı İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunduğunu xatırladan O.Məmmədov bununla bağlı müxtəlif tədbirlər konfranslar keçirildiyini vurğulayaraq deyib: "Azərbaycan Minifutbol Federasiyası da bu münasibətlə beynəlxalq turnir keçirmək qərarına gəldi. Bu barədə bir sıra federasiyalarla danışıqlar apardıq yekunda buna nail olduq. Bu turnir, həmçinin gələcəkdəki beynəlxalq yarışlar üçün hazırlıq xarakteri daşıyacaq.

Sonra millimizin ötən il Avropa çempionatında əldə etdiyi nailiyyətə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra püşkatma mərasimi keçirilib. Püşkə əsasən, A qrupunda Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan İtaliya komandaları yer alıb. Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə Cənubi Afrika Respublikası isə B qrupunda mübarizə aparacaq.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, AFFA-nın baş katibi Sərxan Hacıyev digərləri iştirak ediblər.

Yarışın mayın 1-dən 6-dək Bakı Tennis Akademiyasında keçiriləcək. Oyunları beynəlxalq dərəcəli yerli əcnəbi hakimlər idarə edəcəklər.