Region

"Ağ Ölüm" ə  son

Narkotik  aludəçiliyinin  insan  səhhətinə, sağlamlığına  vurduğu zərbə  olduqca dəhşətlidir. Təəssüf  ki, bir çoxları bunu bilə-bilə, yenə də həyatlarını təhlükəyə atırlar. Artıq  bəşəri bəla son vaxtlar daha geniş hal alıbdır.  Onunla bütün cəmiyyətin mübarizə aparmağı olduqca vacibdir.

Bu fikirlər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Göyşaban kənd Yaradıcılıq Evinin birgə təşkilatçılığı  sayəsində  Göyşaban kənd Yaradıcılıq Evində  baş tutan maarifləndirici tədbirdə deyildi.

Tədbirdə çıxış edən natiqlər daha sonra bildirdilər ki,  narkomaniya insan  cəmiyyətinin mənəvi  və əxlaqi  dəyərlərinə  ciddi zərbə vuran, sosial-iqtisadi  inkişafa mənfi təsir göstərən, eləcə  cinayətkarlığın artmasına səbəb olan əsas  amillərdən  biridir. Dövlətimiz  tərəfindən narkomaniyaya  və narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizə sahəsində  daima  işlər görülür. Qaldı ki, "Ağ Ölüm" ə  son  qoymaqda  xalqının gələcəyini düşünən bütün ağıllı insanlar bir olmalıdır. 

Sonda tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən və idmanla bağlı video-çarx nümayiş edilib.

Zəfər ORUCOĞLU,  

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.