Kopernik
Dünya xəbərləri

Kopernik "2023 Avropa İqlim Hesabatı"nı açıqlayıb

2023-cü il Avropada yanğınlardan sellərə qədər fövqəladə hava hadisələrin sıx baş verdiyi və yüksək iqtisadi xərclərə səbəb olan bir il kimi yadda qalıb.

"Respublika" xəbər verir ki, Kopernik Dünya Meteorologiya Təşkilatı (WMO) ilə birlikdə hazırlanan "2023 Avropa İqlim Hesabatı"nı açıqlayıb.

Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi ilə aparılan ölçmələrə görə,  2023-cü ildə Avropada müşahidə olunan daşqın və isti dalğalarından milyonlarla insana mənfi təsir göstərib. Son 20 ildə istiliklə bağlı ölüm halları təxminən 30 faiz artıb.