Küləklə işləyən yük gəmisi işə düşüb
Dünya xəbərləri

Küləklə işləyən yük gəmisi işə düşüb

Britaniya istehsalı külək enerjisi ilə işləyən "Pyxis Ocean" yük gəmisi ilk səyahətinə çıxıb.

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, gəmi dəniz nəqliyyatında “ekoloji eranın” başlayacağı olması ümid edilir.

Qanad boyunda "WindWings" yelkənlərinin istifadəsi yanacaq sərfiyyatını və bununla da gəmiçilikdə karbon izini azaltmaq məqsədi daşıyır. Sənayenin qlobal karbon qazı (CO2) emissiyalarının təxminən 2,1 faizinə cavabdeh olduğu təxmin edilir. Pyxis Ocean-ın ilk səyahəti Çindən Braziliyaya olacaq və külək qanadları texnologiyasının ilk real sınağını təmin edəcək. Gəmi limanda olarkən qatlanır, dənizdə isə açılır. Yelkənlərin hündürlüyü 37,5 metrdir və davamlılıq üçün külək turbinləri ilə eyni materialdan hazırlanıb. 

Töhfə SƏMƏDOVA,

"Respublika".