Gürcüstanda torpaq sürüşməsi baş verib - ölənlər var
Dünya xəbərləri

Gürcüstanda torpaq sürüşməsi baş verib - ölənlər var

Gürcüstanın qərbində baş verən torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 35 nəfər isə itkin düşüb.

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, Gürcüstanın baş nazirinin sözlərinə görə, ordunun axtarış-xilasetmə qüvvələri axtarışa davam edir. 

Nazir itkilərin daha çox olduğunu qeyd edib. İşlərdə axtarış-xilasetmə itləri və 2 helikopter iştirak edib. Sürüşməyə səbəb kimi bölgədə çaya yaxın iki buzlaqın əriməsi və leysan yağışlar göstərilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".