Azərbaycanda nəqliyyat sektoru üzrə gəlirlər 15 faiz artıb
İqtisadiyyat

Azərbaycanda nəqliyyat sektoru üzrə gəlirlər 15 faiz artıb

Bu ilin birinci rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artaraq 3,154.5 milyon manat olub.

"Respublika" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.

“Nəqliyyat sektorunun ÜDM-də payı 5,5 faizdən 6,8 faizə yüksəlib”, - deyə məlumatda bildirilir.