Avropa İttifaqının
Türk dünyası

Avropa İttifaqının "dəmir pərdə" xəbərdarlığı

Avropa İttifaqının (Aİ) sədri Şarl Mişel alyansın genişlənməsi ilə bağlı önəmli açıqlamalar verib.

“Respubika” xəbər verir ki, bu barədə “Hürriyyət” nəşri məlumat yayıb.

Aİ şurasının sədri Şarl Mişel ittifaqın bu günə qədər ən böyük genişlənməsinin 20-ci ildönümündə qeyd edib ki, Aİ daha da genişlənməlidir, əks təqdirdə alyansın şərq qanadında “yeni dəmir pərdə” ilə qarşı-qarşıya gələcəklər.

"Genişlənmə Aİ-nin gələcəyi üçün vacibdir, çünki genişlənmədə yeni bir “dəmir pərdə” riski var. Firavanlığı və iqtisadi inkişafı olmayan qeyri-sabit bir qonşunun olması son dərəcə təhlükəli olardı. Tərəqqi və inkişaf  bizim namizəd ölkələrin və Aİ-nın ümumi maraqlarıdır”, -  deyə Şarl Mişel deyib.

Mişel bəyanatında Türkiyənin Aİ üçün əhəmiyyətini də vurğulayıb: "Biz Türkiyə ilə konstruktiv şəkildə işləmək istəyirik, çünki şərqi Aralıq dənizində sabit mühitin təmin edilməsində ortaq maraqlarımız var".

Musa BAĞIRLI,

“Respublika”.