Ceyhun Bayramov: COP29 Mərkəzi Asiya və Ərəb ölkələri ilə əməkdaşlıq üçün platforma ola bilər
Siyasət

Ceyhun Bayramov: COP29 Mərkəzi Asiya və Ərəb ölkələri ilə əməkdaşlıq üçün platforma ola bilər

COP29 Mərkəzi Asiya və Ərəb ölkələri ilə əməkdaşlıq üçün platforma ola bilər.

"Respublika" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun üçüncü iclasında çıxışı zamanı deyib.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən bəhs edən Ceyhun Bayramov, COP29 sədrliyi zamanı Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi təcrübəsindən istifadə edərək, müxtəlif inkişaf səviyyələrinə malik “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlı olduğunu bildirib.

COP29-un öz növbəsində Mərkəzi Asiya və Ərəb ölkələri ilə alternativ enerji, iqlim yönümlü kənd təsərrüfatı və təbii fəlakət risklərinin öyrənilməsi sahələrində əməkdaşlıq üçün platforma ola biləcəyi diqqətə çatdırılıb.