Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib
Elm və təhsil

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

Bu barədə “Respublika”ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib. Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər mayın 1-i saat 11:00-dan etibarən mektebeqebul.edu.az  saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.