Yaranan fırtına Kaliforniya və Meksikanı iflic edib
Dünya xəbərləri

Yaranan fırtına Kaliforniya və Meksikanı iflic edib

"Hilary" tropik fırtınası nəticəsində Kaliforniya və Meksikada yolları su basıb.

“Respublika” xəbər verir ki, Los Angeles Milli Hava Xidməti əhəmiyyətli daşqın riski barədə xəbərdarlıq edib.

Sinoptiklər "Hilary" nin 84 il ərzində Cənubi Kaliforniyanı vuran ilk tropik fırtına olduğunu, daşqınlar, torpaq sürüşmələri, güclü küləklər, elektrik enerjisinin kəsilməsi və ayrı-ayrı tornadoların baş vermə ehtimalına səbəb olduğunu bildirib.

Fırtına nəticəsində bəzi dağlıq ərazilərdə güclü yağış, daxili səhra bölgələrində isə orta illik normadan çox yağış yağdığı bildirilib.

Nurlan ABDALOV,

"Respublika".