Qəzzada atəşkəsə qarşı çıxan Liberiya BMT Baş Assambleyasında səsvermədə fikrini dəyişib
Dünya xəbərləri

Qəzzada atəşkəsə qarşı çıxan Liberiya BMT Baş Assambleyasında səsvermədə fikrini dəyişib

Qərbi Afrika ölkəsi olan Liberiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Qəzzada təcili atəşkəs tələbi üçün verdiyi "yox" səsini "hə" ilə dəyişib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Qəzzada atəşkəsə qarşı çıxan 10 ölkədən biri olan Liberiya Xarici İşlər Nazirliyi Baş Assambleya vasitəsilə səsverməni dəyişərək atəşkəsə “hə” deyib.

Liberiya İnformasiya Nazirliyi öz yazılı açıqlamasında bildirib ki, prezident Corc Veahın göstərişi ilə atılan addım onun liderlərinin hər zaman sülh tərəfdarı olduğunu göstərir.

Açıqlamada Liberiyalı diplomatların Baş Assambleyada istifadə etdiyi səsvermənin Uveahın razılığını əks etdirmədiyi vurğulanıb. Liberiya atəşkəsin əleyhinə səs verən yeganə Afrika ölkəsi olmuşdu.

Dekabrın 13-də Baş Assambleyada səsə qoyulan Qəzzada dərhal atəşkəs tələb edən qətnamə layihəsi 23 “bitərəf” və 10 “xeyr” səsinin əleyhinə olmaqla, 153 ölkənin dəstəyi ilə böyük səs çoxluğunu qazanıb.

Qətnamə layihəsinə qarşı çıxan ölkələr İsrail və ABŞ-dan başqa, Avstriya, Çexiya, Qvatemala, Liberiya, Mikroneziya, Nauru, Papua-Yeni Qvineya və Paraqvay olub.

Musa Bağırlı,

“Respublika”.