Şəhidlər unudulmur
Sosial həyat

Şəhidlər unudulmur

İkinci Qarabağ müharibəsinin qəhrəman  şəhidi İntiqam Əsədlinin  33 yaşı tamam olub.

“Respublika” xəbər verir ki, Masallı rayon Mərkəzi Kitabxanasında bu, Vətən sevdalısının doğum günü münasibətilə “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxışlar zamanın  şəhid İntiqam Əsgərlinin həyatı və döyüş yolu haqqında geniş məlumat verilib.

Bildirilib  ki, İntiqam Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində anadan olub. O, 1997-2008-ci illərdə S. Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirən İ. Əsgərli 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan İntiqam Əsgərli Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına müqəddəs  şəhidlik zirvəsinə ucalıb  “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan İntiqam Əsgərliyə həm də  "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.

Masallı şəhərinin mərkəzində  İntiqam Əsgərlinin adını  küçə vardır. Vətəni öz canından artıq sevən, onun yolunda canından keçməklə milyonların ürəyinə köçən İntiqam Əsgərli ailəli idi, iki övladı – Nur və İntiqam ondan yadigar qalıb.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü