Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir

Kənd Təsərrüfatı Nazirliyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Aqrar inkişafda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.  Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov və digər qurumların rəhbərləri, Fermerlər Şurasının üzvləri, müxtəlif bölgələrdən dəvət olunmuş fermerlər iştirak ediblər.

14 iyun Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunur ki, Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının foyesində ucaldılmış büstünün önünə əklil qoyub, əziz xatirəsini ehtiramla anıblar. Daha sonra konfrans iştirakçıları Nazirliyin yeni inzibati binası ilə tanış olublar.

“Aqrar inkişafda Heydər Əliyev irsi” mövzusunda tədbir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna rolu olub. Onun aqrar sahədə həyata keçirdiyi islahatlar ölkəmizdə onilliklər boyu müasir kənd təsərrüfatı sisteminin formalaşmasına gətirib çıxarıb”.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması ilə müasir tariximizə əbədi həkk olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

“Respublika”.