DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KREML: RƏSMİ MOSKVA VAŞİNQTONDAN KONK RET TƏKLİFLƏR GÖZLƏYİR

Rusiya ABŞ-la silahlara nəzarət üzrə dialoqa açıqdır, Moskva diplomatik kanallar vasitəsilə Vaşinqtondan konkret təkliflər gözləyir”. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Məlumata əsasən, Kremlin sözçüsü jurnalistlərə açıqlamasında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın ABŞ-ın Rusiya ilə ilkin şərt olmadan silahlara nəzarət üzrə dialoqa hazır olması barədə bəyanatını önəmli müsbət adlandırıb.

Əlbəttə, biz bunun diplomatik kanallar vasitəsilə de-fakto addımlarla dəstəklənəcəyini gözləyirik. Bundan sonra təklif olunan dialoq formatlarını nəzərdən keçirmək mümkün olacaq. Rusiya Federasiyası dialoqa açıq olaraq qalır, biz bunu son dərəcə vacib hesab edirik”, - deyə Peskov vurğulayıb.

Eyni zamanda, mətbuat katibi əlavə edib ki, belə mühüm həssas məsələlərdə, xüsusən ikitərəfli münasibətlərdə kəskin qarşılıqlı etimad çatışmazlığı hiss edildiyi zaman mətbuatda gedən bəyanatlara etibar etmək çox çətindir.

 

HİNDİSTANDA BAŞ VERƏN DƏHŞƏTLİ QATAR QƏZASININ SƏBƏBİ AÇIQLANIB

Hindistanın şərqindəki Odişa ştatında ötən həftə baş verən 294 nəfərin ölümü ilə nəticələnən qatar qəzasına elektron kilid sistemindəki dəyişiklik səbəb olub. “Trendagentliyinin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ölkənin dəmir yolları, rabitə, elektronika informasiya texnologiyaları naziri Aşvini Vaişnav məlumat verib.

Dəmiryolunun təhlükəsizliyi üzrə müvəkkil faktı araşdırıb bu barədə hesabatı təqdim etməlidir. Biz hadisənin səbəbini buna görə məsuliyyət daşıyan şəxsləri müəyyən etmişik. Bu, elektron kilidin sistemindəki dəyişiklik səbəbindən baş verib”, - deyə nazir bildirib.

Bununla yanaşı, nazir elektron kilid sistemində hansı səbəbdən dəyişikliyin edildiyini buna kimin cavabdeh olduğunu dəqiqləşdirməyib.

Qeyd edək ki, ötən həftənin cümə günü Hindistanın şərqində 2 sərnişin 1 yük qatarı toqquşub. Hadisə nəticəsində 294 nəfər həlak olub, 1000-dən çox insan isə xəsarət alıb.

 

ÇİN GƏMİSİ ABŞ ESMİNESİ İLƏ TOQQUŞMADAN SON ANDA YAYINIB

Çin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Cənubi Çin dənizində ABŞ esminesinə 150 metrdən az məsafədə yaxınlaşıb. “Reportagentliyinin KanadanınGlobal Newstelekanalına istinadən verdiyi xəbərə görə, Çin dənizçilərinin bu cür hərəkətləri az qala toqquşmaya səbəb olub.

Məlumata görə, sözügedən insident Tayvan boğazında ABŞ-Kanada birgə missiyası zamanı baş verib.

Hadisəyə cavab olaraq ABŞ-ın Hind-Sakit Okean Komandanlığı bəyanat yayaraq, Çin gəmisinin hərəkətlərinin beynəlxalq sularda təhlükəsiz hərəkət qaydalarını pozduğunu bildirib.

Çinin Kanadadakı səfirliyinin sözçüsü telekanala açıqlamasında qeyd edib ki, ABŞ Kanada gəmiləri ərazidə olduqlarını özləri bəyan ediblər. Mətbuat katibinin sözlərinə görə, Çin donanması hava qüvvələri hər iki gəmiyə qanuni əsaslarla nəzarət edib.

 

PORTUQALİYA DÖRDGÜNLÜK İŞ REJİMİNƏ KEÇDİ

Portuqaliyadakı solçu hökumət 100-ə qədər şirkətdə pilot layihə olaraq 5 iyun tarixindən etibarən həftədə dörd günlük çalışma saatının başladığını açıqlayıb. “TRTtelekanalının verdiyi xəbərə görə, bu barədə ölkənin əmək, sosial müdafiə həmrəylik naziri Ana Mendes Qodinyo bildirib.

İyunun 5-dən qüvvəyə minən fərmana əsasən, əmək haqqına təsir etmədən həftəlik işin dörd günə endirilməsi praktikası işəgötürənlər layihəyə könüllü qatılmaq istəyən işçilər üçün başladı”, - deyə nazir vurğulayıb.

Nazirin sözlərinə görə, pilot layihədə iştirak edən şirkətlər həftədə dörd gün işdən əvvəl, çalışma saatları sonra məhsuldarlıq, işçilərin əhval-ruhiyyəsi səmərəlilik kimi məsələlərlə bağlı məlumatları hesabat şəklində nazirliklə paylaşacaqlar.

Xatırladaq ki, AvropadaCOVID-19” pandemiyasından sonra gündəmə gələn həftədə dördgünlük təklifini həyata keçirən ilk ölkə Belçikadır. Daha sonra Şimali Avropa ölkələri olan İsveç Finlandiya bu təcrübəni sınaqdan keçirib. İspaniyada isə 2023- ilin əvvəlində 41 sənaye şirkətində həftədə dörd gün işləmək qərara alınıb.

 

ÜST  “COVİD”  PASPORTLARI BAZASINDA XÜSUSİ SİSTEM YARADIR

Avropa İttifaqı () Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə -nin rəqəmsalCOVIDsertifikatlarından istifadə təcrübəsini yaymaq gələcək pandemiyalara hazırlıq üçün rəqəmsal sağlamlıq sertifikatlarının ümumdünya sistemini yaratmaq məqsədilə səhiyyə sahəsində səylərini birləşdiriblər. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyası ÜST-ün birgə bəyanatında qeyd olunur.

Bildirilir ki, ÜST insanların mövcud gələcək tibbi risklərdən müdafiəsinə imkan yaradacaq qlobal sistem yaratmaq üçün 2023- ilin iyununda -nin elektronCOVIDsertifikatlar sistemindən istifadə etməyi planlanlaşdırır.

Bunun birinci mərhələsi müxtəlif xəstəliklərə qarşı vaksinasiya sertifikatları üzrə vahid standartın müəyyən edilməsindən, həmçinin gələcək pandemiyalarla səmərəli mübarizə üçün şəraitin yaradılmasından ibarət olacaq.

ÜST arasında bu əməkdaşlıq tibbi risklər pandemiyalarla əlaqəli mövcud gələcək çağırışlara qarşı səmərəli cavab tədbiri görmək üçün səhiyyə sahəsində qlobal koordinasiya əməkdaşlıq səylərini əks etdirir.

Məlumata əsasən, ümumdüyna rəqəmsal sağlamlıq sertifikatları sisteminin yaradılması təklifi bütün dünyada əhalinin təhlükəsizliyinin rifahının təmin edilməsi istiqamətində mühüm addımdır.

 

TÜRKİYƏ BOĞAZLARDAN KEÇİD HAQQINI ARTIRIR

Türkiyə, Montrö Konvensiyasına əsasən, iyulun 1-dən ticarət gəmilərinin Qara dəniz boğazları zonasından - Bosfor Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8,3 faiz artırır. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədəAydınlıkqəzeti Türkiyə Nəqliyyat Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin məlumatına istinadən xəbər verib.

Eyni zamanda, nəşrin məlumatına görə, rüsum, bundan sonra 4,42 dollar təşkil edəcək. Həmçinin qeyd edilir ki, cari ildə Türkiyənin gəmilərin boğazlardan keçməsinə görə rüsumlardan əldə etdiyi gəlir, təxminən 900 milyon dollar təşkil edəcəksə, əvvəlki illərdə bu məbləğ 160-170 milyon dollara bərabər idi.

Qeyd edilir ki, Boğaziçi Çanaqqala boğazlarında naviqasiyanı tənzimləyən Montrö Konvensiyasına uyğun olaraq, onlardan keçməkdən ötrü tibbi nəzarət, mayak gəmilərin təxliyəsi xidmətləri üçün ödənişlər alınır.

Xatırladaq ki, 1936- ildə konvensiyanın imzalanmasından sonra rüsumların məbləği 0,8 dollara bərabər tutulan qızıl frank əsasında hesablanır. Bu məbləğ 1983- ildən 2022-ci ilə qədər dəyişməz qalıb. Ötən ilin oktyabrından rüsumların dəyəri 4,08 dollara qədər artırılıb.

 

YƏMƏNDƏ TOQQUŞMALAR YENİDƏN BAŞLAYIB

BMT-nin Yəməndə atəşkəs səyləri davam edərkən, hökumət qüvvələri ilə husi qiyamçıları arasında toqquşmalar yenidən başlayıb. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Verilən xəbərə əsasən, tərəflər arasında toqquşmalar xüsusilə Yəmənin Marib Taiz bölgələrində baş verib.

Husilərə bağlı olanSABAxəbər agentliyi hökumət qüvvələri ilə toqquşmalarda ikisi yüksək səviyyəli komandir olmaqla 11 silahlının həyatını itirdiyini bildirib. Sözügedən rəqəmin husilərin son bir ildə gündəlik olaraq açıqladığı ən çox ölüm sayı olduğu qeyd edilir.

Bununla yanaşı, Yəmən ordusunun Taizdəki qüvvələri ötən həftə hərbi mövqelərə doğru hərəkət edən husilərə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıblar.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.