And  yerimiz      
Region

And  yerimiz      

Ölkəmizin  ərazi  bütövlüyünün  bərpası,  doğma  torpaqlarımızın  düşməndən  təmizlənməsi  uğrunda  gedən  döyüşlərdə  canlarını  vətən  uğrunda  fəda  edərək  xalqımıza  qələbə  sevinci  yaşadan şəhidlərimiz  hər  zaman minnətdarlıqla  anılacaqdır.   Biləsuvar  rayonunun   Ağalıkənd  kəndindən Vətən  müharibəsində  rəşadət  və  igidlik  göstərərək  şəhidlik  zirvəsinə  ucalan  Məmmədov   Elyar  Elbəyi  oğlunun xatirəsi  ehtiramla anılıb.  Qəhrəman  şəhidimizin  anım  mərasimində  Biləsuvar  Rayon  İcra  Hakimiyyətinin  başçısı Faiq Qürbətov,  rayonun  hüquq-mühafizə   orqanlarının  rəhbərləri  və  ictimaiyyətin  nümayəndələri  iştirak  edirdilər.   Tədbir  iştirakçıları  Elyar  Məmmədovun   məzarını  ziyarət  edib,  üzərinə  gül-çiçək  düzüb  ona  Allahdan  rəhmət,  valideyninə  səbir  dilədilər.  Mərasim  iştirakçıları  şəhidin  ata ocağında valideynləri  ilə  görüşüb, qəhrəmanın  yaşadığı  evə  vurulan  xatirə  lövhəsini  açıblar. Anım mərasimində F.Qürbətov  qeyd  edib ki,  Azərbaycan  xalqının  qüruru,  fəxri  olan  şəhidlərimizin  xatirəsi  daim  əziz  tutulacaq.  Dövlətimiz  tərəfindən  hər  zaman  şəhidlik  zirvəsinə  ucalan  igidlərimizin  ailələrinə  diqqət  və  qayğı  göstəriləcək.  Elyar  Elbəyi  oğlu  Məmmədov --22 avqust 1990-cı ildə Biləsuvar rayonunun  Ağalıkənd  kəndində  anadan  olub.  Təzəkənd  kənd  tam  orta  məktəbində  təhsilini  başa vurduqdan  sonra  hərbi  xidmətə  yollanır. Hərbi  xidmətdən  sonra  Elyar    Azərbaycan  Silahlı Qüvvələrinin  müddətdən  artıq  həqiqi  hərbi  xidmət  qulluqçusu  olaraq  çalışıb.
Elyar  Məmmədov Vətən  müharibəsində  Füzuli,   Cəbrayıl uğrunda  gedən  döyüşlərdə vuruşmuş,   Füzulinin  azad  olunması  uğrunda   gedən  döyüşlərdə qəhrəmancasına  şəhid  olmuşdur. O,  27  oktyabr  2020-ci il  tarixində  doğulduğu  kəndin qəbiristanlığında  torpağa  tapşırılıb. Azərbaycanın ərazi  bütövlüyünün  təmin  edilməsi  əməliyyatlarına  qatılan və  hərbi hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə borcunu  şərəflə  yerinə  yetirdiyinə görə Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq   sərəncamları   ilə  Elyar Elbəyi  oğlu Məmmədov ölümündən   sonra  "Vətən uğrunda",  "Füzulinin   azad  olunmasına  görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Ərəstun ABDULOV,

“Respublika”.