Ankara: Yubiley konfransı
Region

Ankara: Yubiley konfransı

Azərbaycanın Türkiyədəki səfirliyi Azərbaycan Memarlıq İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Bilkent Universitetində Türkiyə Cümhuriyyətinin qurulmasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 100- ildönümü ilə bağlı konfrans keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişən azərbaycanlı türk şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra təhsil naziri Emin Əmrullayev tərəfindən tədbir iştirakçılarına ünvanlanmış məktub oxunub. Məktubda ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın bütün sahələrində əvəzsiz xidmətlərindən, xüsusilə onun rəhbərliyi altında həm Sovet dövründə, həm müstəqillik illərində ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlərdən, eləcə ümummilli liderin Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi böyük önəmdən bəhs edilib.

Konfransda səfirliyimizin müşaviri Eldar Əliyev, Bilkent Universitetinin rektoru professor Abdurrahman Kürşat Aydoğan, Azərbaycan Memarlıq İnşaat Universitetinin prorektoru Akif Qasımov, millət vəkili Vüqar İsgəndərov, Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç, Bilkent Universitetinin müəllim-tələbə heyəti başqa qonaqlar iştirak ediblər.

Tədbirdə Türkiyə Cümhuriyyətinin qurucu Mustafa Kamal Atatürkün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında danışılıb. 1923- ildə Türkiyə Cümhuriyyətinin qurulması Heydər Əliyevin anadan olması ilə bağlı çıxışlar edilib. Türkiyəni möhkəm təməllər üzərində quran Mustafa Kamal Atatürkün fəaliyyəti, Türk dövlətlərinə xüsusən Azərbaycana olan diqqəti vurğulanmaqla yanaşı, Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində Türk dünyasındakı rolundan bəhs edilib.

Çıxış edənlər həmçinin Heydər Əliyevin Azərbaycan Türkiyə arasındakı dostluq qardaşlıq əlaqələrindən, elm təhsil sahəsində əməkdaşlığın artan templə inkişaf etdirilməsindən, ölkəmizin bugünkü inkişaf səviyyəsindən, İkinci Qarabağ müharibəsində parlaq zəfər qazanan Azərbaycan-Türkiyə qardaşlığı barədə danışıblar.

Daha sonra Bilkent Universitetinin müəllimi doktor Seçkin Köstem "Cümhuriyyətin 100- ildönümündə Türkiyənin xarici siyasəti Azərbaycan'', Azərbaycan Memarlıq İnşaat Universitetinin kafedra müdiri professor İslam Mustafayev isə "Heydər Əliyev Azərbaycanda intellektual potensialın inkişafı" mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir Azərbaycan Türkiyə nümayəndələrinin qarşılıqlı mükafatlandırılması konsert proqramı ilə başa çatıb.

Onu da qeyd edək ki, Ankarada Hacettepe Universitetində Türkiyə Cümhuriyyətinin qurulmasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 100- ildönümü ilə bağlı konfrans keçirilib. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ulu öndərin "bir millət-iki dövlət" prinsipi ilə inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri ilə bağlı çıxış edib. Səfir Heydər Əliyevin bu əlaqələrin inkişafındakı xidmətlərini minnətdarlıqla vurğulayıb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.