Digər xəbərlər

"Zəfər yarmarkası"nda hərbi texnika nümayiş olunur

Zəfər Günü münasibətilə Dənizkənarı bulvar ərazisində keçirilən "Zəfər yarmarkası"nda Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və pilotsuz uçuş aparatlarının (PUA) nümunələri, eləcə də müxtəlif təminat növləri nümayiş etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunur.

Tədbirdə həyata keçirilən "Əsgərə məktub" layihəsi qonaqlar tərəfindən maraqla qarşılanıb. Onlar həvəslə Vətən keşiyində duran Azərbaycan əsgərinə sevgi dolu məktublar yazıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək üçün təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər yarmarkaya təşrif buyuran vətəndaşlara paylanılacaq.

AZƏRTAC