Yanvarın 10-da Azərbaycanda COVID-19 əleyhinə 459 doza vaksin vurulub
Səhiyyə

Yanvarın 10-da Azərbaycanda COVID-19 əleyhinə 459 doza vaksin vurulub

Yanvarın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 459 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 246, ikinci doza vaksinlərin sayı 59, üç və daha çox doza vaksinlərin sayı 127, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 27-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 935 min 633, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 398 min 874, ikinci mərhələ üzrə 4 milyon 876 min 5, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 938, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 816-dır.            

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 69 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 69 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 434 nəfər müalicə olunaraq sağalıb, 10 min 27 nəfər vəfat edib. Aktiv xəstə sayı 532 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 503, indiyə qədər isə ümumilikdə 7 milyon 447 min 795 test icra olunub.