Xarici investorların ölkəmizə cəlb olunması Ulu Öndərin apardığı uzaqgörən siyasətin nəticəsi idi
Siyasət

Xarici investorların ölkəmizə cəlb olunması Ulu Öndərin apardığı uzaqgörən siyasətin nəticəsi idi

"Azərbaycanın Prezidenti kimi mən onu bildirmək istəyirəm ki, ölkəmizdə biznesin o cümlədən xarici biznesin inkişafını Azərbaycanın iqtisadiyyatını təmin edən əsas amillərdən biri kimi görürəm. Biznes indi iqtisadiyyatın aparıcı qüvvəsidir. Ona görə mən bu sahəyə daim diqqət yetirmişəm, yetirirəm bundan sonra da yetirəcəyəm. Hər bir adamı, - xarici ölkədən gəlmiş, yaxud Azərbaycan vətəndaşı, - bilsin ki, Azərbaycanın prezidenti kimi mən onun sağlam görməsinin himayədarıyam.

Heydər ƏLİYEV,

Ümummilli lider.

(Xarici sahibkarlarla görüşdəki yekun nitqindən)

Ümummilli lider Heydər Əliyev 2002-ci il mayın 14- ölkəmizdə fəaliyyət göstərən xarici sahibkarlarla görüşmüşdür.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması inkişafı prosesində sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasına özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına çalışırdı. Dahi şəxsiyyətin yerli xarici sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemləri onların öz dilindən eşitməsi aradan qaldırılması üçün konkret tapşırıqlar, fərman sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi. 1993- ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir.

Xarici investorların ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılıb. Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən diqqət qayğı sayəsində əlverişli biznes mühiti yaradılmışdır.

Sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, bu sahədə yaradılan şərait ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanır adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırırdı.

2002-ci il aprelin 25- yerli mayın 14- isə xarici adamları ilə görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılmış, məhz bundan sonra növbəti illər üçün Dövlət proqramları təsdiq edilmişdir.

Bu gün Prezident İlham Əliyevin davam etdirdiyi sahibkarlığın inkişafı siyasətinin əsası vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun hakimiyyəti illərində Azərbaycanda demokratik dövlət quruculuğunun həyata keçirilməsi liberal bazar iqtisadiyyatının formalaşdırılması zərurətə çevrilib. Sahibkarlığın təşəkkülü Heydər Əliyevin həyata keçirdiyi digər uğurlu iqtisadi islahatlar, inkişaf modelinin həyatqabiliyyətli səmərəliliyi 1996- ildən etibarən inflyasiyanın kəskin artmasının qarşısını aldı, büdcə kəsri ÜDM-in 1-2 faizi səviyyəsinə endirildi. 1991-ci ildən başlayaraq, 5 il ərzində davam edən iqtisadi tənəzzülə son qoyulmaqla inflyasiya səviyyəsi azalmağa başladı. 1996-ci ildən başlayaraq iqtisadiyyatda canlanma yarandı. Belə ki, ÜDM-in artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz təşkil etdi. 1998-ci ildə isə 10 faiz təşkil etmişdir. Məqsədyönlü şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində ölkədə ümumi daxili məhsul artımının 59,8 faizi istehsal, 32,4 faizi xidmət sahələrində baş vemişdir.1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdır.

Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli xarici adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ümummilli lider Heydər Əliyev 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalamışdır.

Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayıb. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən ulu öndərin müəyyən etdiyi onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir.

Heydər Əliyevin yürütdüyü iqtisadi siyasətin əsasında həm dövlət mülkiyyətinin özəlləşdirilməsi, şəxsi kollektiv sahibkarlıq təşəbbüsünün inkişafı, istehsalın səmərəsinin yüksəldilməsi təşkil edirdi. Kiçik orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri idi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlara dövlət tərəfindən maliyyə yardımı sistemi formalaşdırılıb, vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılıb: mənfəət əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınıb, kiçik sahibkarlıq subyektlərinin bir hissəsinə vahid vergi tətbiq edilib.

Bu gün Azərbaycanda çoxpilləli biznesə keçid prosesinin uğurla davam etməsinə mane olan hər cür bürokratik əngəllərin qarşısı qabaqlayıcı tədbirlərlə alınır, sahibkarlıq subyektlərinin çevik fəaliyyətinə geniş imkanlar yaradılır. Azərbaycan Prezidenti İlham Əliyev biznesin inkişafı üçün bundan sonra da faydalı gərəkli addımlar atacağını bildirmişdir. İş adamlarına - biznesin inkişaf dayaqlarına dəfələrlə müraciət edən ölkə başçısı bəyan edib ki, ölkəmizdə sağlam biznes mühitini genişləndirmək üçün istər xarici, istərsə yerli sahibkarlara heç bir məhdudiyyət yoxdur. Məhz buna görə hər bir sahibkar gələcəkdə yeni layihələrin reallaşmasına ümid inamla baxır, etibarlı dövlət dəstəyini hər an hiss edir.

M.MİRZƏ,

"Respublika".