Azərbaycan artıq donor dövlətə çevrilib
Siyasət

Azərbaycan artıq donor dövlətə çevrilib

Bu baxımdan da beynəlxalq kredit təşkilatlarının maliyyə vəsaitinə ehtiyac yoxdur

B eynəlxalq Valyuta Fondu Azərbaycandakı ofisini bu ayın sonunda bağlamaq haqqında qərar qəbul edib. Fonddan Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda bu addıma səbəb kimi Azərbaycanın güclü iqtisadiyyata böyük həcmdə maliyyə ehtiyatlarına malik olması, eləcə yaxın gələcəkdə ölkəmizlə qurum arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsi qeyd olunub. Yəni Beynəlxalq Valyuta Fondu yaxın gələcəkdə Azərbaycanla hər hansı kredit sazişinin imzalanmasını proqnozlaşdırmır. Ölkəmizdə ehtiyac olmadığından Fond Bakı bürosundakı fəaliyyətini dayandırmağa hazırlaşır.

Bu ayın 1- olan göstəricilərə əsasən, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9 milyon 189 min 200 dollar təşkil edib. Üstəlik, ilin əvvəli ilə müqayisədə AMB-nin valyuta ehtiyatları 2,2 faiz, il ərzində isə 29,7 faiz artıb. Dünya Bankının bu ilə olan hesabatında da qeyd olunub ki, Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1,1 faiz, Mərkəzi Asiya regionuna nisbətdə isə 2,7 faiz daha yüksək olacaq.

Onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakı müəyyən mənada Avropanın enerji tərəfdaşı kimi çıxış edir, TANAP TAP vasitəsilə qoca qitəyə qaz ixrac edir, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi beynəlxalq iqtisadi layihələrin müəllifidir. Bu təşəbbüslər isə onu deməyə imkan verir ki, Azərbaycan iqtisadi strategiyasını daxili imkanları hesabına icra etmək potensialındadır.

Doğrudur, Fond fəaliyyət göstərdiyi 30 il ərzində ümumi həcmi 577 milyon dollar olan 4 layihə reallaşdırıb. Bunlardan 3-ü 1995-2000-ci, 1-i isə 2001-2004- illəri əhatə edib. Bu kreditlər hesabına aparılan islahatlar daxili xarici balansın tarazlaşdırılması iqtisadi sabitliyin təmin edilməsinə imkan verib. Amma hökumət 2005-ci ildən etibarən ənənəvi donoru olan Beynəlxalq Valyuta Fondundan kredit alışını dayandırıb, həmin tarixdən bəri Azərbaycan Beynəlxalq Valyuta Fondundan maddi yardım istəməyib. Qurum rəsmiləri bu vəziyyəti Azərbaycanın kifayət qədər xarici valyuta depozitinə sahib olması borca ehtiyac yaranmaması kimi şərh ediblər.

Ümumiyyətlə, son 20 il ərzində ölkənin ÜDM-nin nominal həcmi 22 dəfə artaraq 133,8 milyard manata çatıb iqtisadiyyat üzrə  investisiya qoyuluşu 4 dəfə artıb. Bundan başqa, elə həmin dövrdə əhalinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 241 dəfədən çox artıb. İndi Azərbaycan xarici dövlət borcuna görə dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında isə birincidir. Azərbaycanın valyuta ehtiyatları da xarici dövlət borcundan 10 qat çoxdur. Ehtiyatlarımız 65 milyard dollara çatdığı halda, borcumuz 6 milyard dollar təşkil edir. Pandemiya dövründə Bakıdan 29 ölkəyə humanitar yardım göndərilib. Bütün bunları nəzərə alaraq demək lazımdır ki, Azərbaycan artıq borc alan dövlətdən donor dövlətə çevrilib beynəlxalq kredit təşkilatlarının maliyyə vəsaitlərinə ehtiyacı yoxdur. Bütün bunların fonunda iqtisadçı-ekspert Eldəniz Əmirov bildirir ki, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı ofisinin bağlanması barədə qərar heç təəccüblü deyil: "BVF Azərbaycandan çıxmaq barədə qərarını şərh edərkən bildirdi ki, ölkənin böyük həcmdə maliyyə ehtiyatları mövcuddur. Eləcə yaxın gələcəkdə Fondla rəsmi Bakı arasında borc almaqla bağlı əməkdaşlıq gözlənilmir. Bu, onların rəsmi açıqlamasıdır. Bunu bəsit dillə izah etsək, o deməkdir ki, Azərbaycanın Beynəlxalq Valyuta Fonduna ehtiyacı yoxdur. Buradan da o nəticəyə gəlmək olar ki, ölkəmizin heç bir xarici maliyyə institutlarından asılılığı yoxdur. Yəni Azərbaycan öz maliyyə dayanıqlılığını tamamilə təmin edir. Bu fond sadəcə ölkələrə kredit verməklə kifayətlənmir, bunun qarşılığında həmin ölkələrə müəyyən təsir rıçaqları əldə edir. Odur ki, indiki halda BVF-nin Bakı ofisini bağlaması Azərbaycanın iqtisadi azadlığının növbəti təzahürüdür".

Beynəlxalq Valyuta Fondunun Bakı ofisindəki işinə son verməsinin neqativ təsirlərinə gəlincə, bunun reallaşması gözlənilmir. Dünya təcrübəsinə baxsaq, görərik ki, fondun metodik tövsiyələri qlobal iqtisadiyyatda formalaşan yeni reallıqlar çərçivəsində hər zaman uğurlu ola bilmir. Çin kimi öz maliyyə sistemlərini fondun məsləhətləri əsasında formalaşdırmayan ölkələrin iqtisadi dayanıqlılığı isə göz qabağındadır.

Bundan əlavə, iddialara görə, Beynəlxalq Valyuta Fondunun dayağı hesab edilən Rotşildlər Rokfellerlər kimi böyük ailələr iqtisadi manipulyasiyalarla, habelə ölkələrə borc verərək onları asılı vəziyyətə salmaqla, öz güclərini artırmağa xidmət edirlər. Bu səbəbdən fondun əsas şərtlərindən biri iqtisadiyyat üzərində dövlət nəzarətinin azalması özəlləşdirmənin artırılmasıdır. Nəticədə, xarici şirkətlərin investisiyaları ölkəyə cəlb olunur, dövlət transmilli korporasiyalardan asılı vəziyyətə düşür. Yəni qurum kredit vermək əvəzində daha çox dividendlər qazanır, sadəcə faizlərini geri almır, kredit alan ölkələrin daxili siyasətlərinə qarışmaq imkanları əldə edirlər. Azərbaycanın Beynəlxalq Valyuta Fondundan asılılığının olmaması isə ölkənin iqtisadi siyasi azadlığı baxımından xeyli əhəmiyyətlidir.

Jalə QASIMZADƏ,

"Respublika".