Məktəblərdə maarifləndirmə tədbirləri
Elm və təhsil

Məktəblərdə maarifləndirmə tədbirləri

6 və 7 mayda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 175 və 286 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.Bu barədə nazirliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, ümumilikdə 280 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı tərəfindən məktəblilərə “Kiberbullinqə qarşı mübarizə”, “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi”, və “Sosial mediadan istifadə qaydaları” mövzularında kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verilib.

“Respublika”.