Vilnüsdə 13 yanvar qurbanlarının xatirəsi yad edilib
Sosial həyat

Vilnüsdə 13 yanvar qurbanlarının xatirəsi yad edilib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfəri çərçivəsində Vilnüs şəhərində 1991-ci il 13 yanvar qurbanlarının xatirəsini yad edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fevralın 4-də "Antakalnio" məzarlığına gələn Milli Məclisin sədri və nümayəndə heyətinin üzvləri 13 yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil qoyublar.

AZƏRTAC