ULU ÖNDƏR UŞAQLARIN DOSTU İDİ
Siyasət

ULU ÖNDƏR UŞAQLARIN DOSTU İDİ

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi cür tərbiyə edəcəyiksə, böyüdəcəyikcə ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Cəmiyyətin ən həssas kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət nəvazişlə əhatə olunmuşdur. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam gümrah, eyni zamanda savadlı vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin olunmasına yönəldilmişdir. Hər zaman sonsuz sevgi, minnətdarlıq qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu, əbədiyaşar  Heydər Əliyev daim uşaqlara diqqət qayğı göstərib, onların ən böyük himayədarı, sevimlisi olub. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yüksək təlim-tərbiyə alması, Vətən xalq üçün gərəkli vətəndaş kimi yetişməsi ulu öndərin daim diqqətində olub. Dahi şəxsiyyət Heydər Əliyevin "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir" - müdrik kəlamı  uşaqlara olan məhəbbətinin təzahürü idi.

Məhz, ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, uşaq siyasətində   mühüm addımlar atıldı. Azərbaycan dövləti 1994- ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşuldu. Bu Konvensiyaya qoşulmaq ölkəmizin uşaq hüquqlarına yüksək dəyər verdiyinin, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində görülən işlərin bariz nümunəsi idi. Eyni zamanda,  "SOS Kinderdorf İnternəşnl" təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən "Bakı SOS uşaq kəndi" salınmışdır. Uzaqgörən müdrik şəxsiyyət Heydər Əliyev xalqımızın sabahını - gənc nəsli yaşatmaq, uşaqların həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmiş, həmişə hər bir azərbaycanlı uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışmışdır. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılmışdır. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsi olmuşdur. Uşaqların Beynəlxalq Televiziya Radio Günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu öndərimiz Heydər Əliyev demişdir: "Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar biz bunu, sabitliyi daimi edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz". 

Ulu öndər Heydər Əliyev müstəqilliyin bərpasının ilk illərində böyük ictimai-siyasi problemlərlə üzləşmiş, ədalətsiz müharibəyə cəlb olunmuş, torpaqlarının 20 faizini itirmiş ölkəmizi düçar olduğu faciələrdən xilas edərkən uşaqların taleyini bir an belə unutmamış, böyük işlərdən vaxt taparaq həmişə onların görüşünə gəlmiş, problemlərinin həlli istiqamətində təsirli tədbirlər görmüşdür. Məhz bu sonsuz diqqət qayğının nəticəsi idi ki, uşaqlar ulu öndər Heydər Əliyevlə hər bir görüşdən böyük zövq alırdılar. Heç şübhəsiz, bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında 1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilmiş icrası yüksək səviyyədə təmin olunmuşdur. Ümummilli lider öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyevin 11 dekabr 1994- ildə uşaqlarla görüşü yaddaşlarda əbədi həkk olunmuşdur. Fenomen şəxsiyyət böyük uzaqgörənliyi ilə qeyd etmişdir:  "Bu, bir reallıqdır ki, Azərbaycan Respublikasında uşaqlar respublikamızın son illərdə düşdüyü ağır, bəlalı, əzab-əziyyətli günlər içində yaşayaraq, eyni zamanda öz valideynlərinin, onlara qayğı göstərən insanların, təşkilatların, xeyriyyə cəmiyyətlərinin köməyi ilə dərs keçirlər, tərbiyə alırlar, böyüyürlər inkişaf edirlər. Mən əminəm ki, bu ağır, çətin dövrdə dünyaya gəlib böyüyən uşaqlar cəsarətli, mətin, vətənpərvər olacaqlar. Azərbaycanın xoşbəxt gələcəyi naminə həm təhsil alıb böyüyəcəklər, həm gələcəkdə cəmiyyətdə öz yerlərini tutacaqlar. Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir ümididir".

Dahi şəxsiyyət hər zaman bildirirdi ki, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidirBu qiymətli sərvəti fiziki mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin məsuliyyətli olduğu qədər şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Axı, uşaqlar dövlətin gələcəyi, dayağıdır.

Bu gün ulu öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaq hüquqlarının qorunması qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti dövlət başçısı cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin "Uşaq İli" elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür.

Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Xüsusilə, valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır.

Əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin yaratdığı gələcək nəsillər üçün miras qoyduğu ənənələr, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı mühüm addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına azərbaycanlı uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Zabit XƏLİLOV,

"Respublika".