Türkiyədə müalicə alan daha bir qazi Vətənə qayıdıb
Sosial həyat

Türkiyədə müalicə alan daha bir qazi Vətənə qayıdıb

Türkiyədə müalicə alan qazimiz Vahid Taleh oğlu İmanlı Vətənə geri qayıdıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Vahid İmanlı iki il müddətində Türkiyədə müalicə alıb. Qazinin müalicə xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru uğurla yekunlaşıb Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri Fond tərəfindən təmin edilir.

"YAŞAT" Fonduna müraciət etmək Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.