Türkiyə Prezidenti TDT-nin Ankara Zirvə görüşünün yekunlarına dair brifinq keçirib
Türk dünyası

Türkiyə Prezidenti TDT-nin Ankara Zirvə görüşünün yekunlarına dair brifinq keçirib

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünü uğurla başa çatdırdıq. Ölkəmizdə yaşanan zəlzələ sel fəlakəti ilə əlaqədar təşkilatımızın üzvləri müşahidəçi üzvlərlə birlikdə həmrəylik məqsədilə toplandıq. Zirvə görüşündə iştirak edən hörmətli qardaşlarımın hər birinə bir daha təşəkkürümü bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunlarına dair yerli xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Yaşadığımız fəlakət zamanı Türk dünyası olaraq nümayiş etdirdiyimiz həmrəyliyi, birlik bərabərliyi heç vaxt unutmayacağıq", - deyə Türkiyə Prezidenti bildirib.

Sammit çərçivəsində digər toplantıların da keçirildiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan keçən il Səmərqənd Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Şimali Kipr Türk Respublikasının ilk dəfə bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

"Türk Dövlətləri Təşkilatı ölkələri fevralın 6-da yaşadığımız fəlakətdən sonra yardım çağırışımıza ən tez cavab verən ən tez hərəkətə keçən, kədərimizi bölüşən dostlarımızdan oldular. Təşkilatın üzvləri axtarış-xilasetmə işlərindən tutmuş səhiyyə xidmətlərinə humanitar yardıma qədər geniş sahədə fəaliyyət göstərmək üçün heyətlərini dərhal Türkiyəyə göndərdilər. Qardaşlarımız istər maliyyə, istərsə maddi yardımlar edərək, millətimizin ehtiyacını ödəmək üçün can-dildən fəaliyyət göstərdilər. Bölgədə qurduqları səhra hospitalları ilə yaralarımızın sağalmasına dəstək verdilər. Göndərdikləri çadırlarla insanlarımıza kömək etdilər. Çətin günlərimizdə bizimlə olan təşkilatımızın dost qardaş xalqlarına səmimi-qəlbdən təşəkkür edirəm", - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Dövlət başçısı bildirib ki, Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşünün konkret nailiyyətlərindən biridir. Əminik ki, fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək.

Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.

Mövcud gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün üzv ölkələrin həmrəyliyinin gücləndirilməsinin önəmini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: "Bunun üçün Türk Dövlətləri Təşkilatının imkanlarını artırmalıyıq. Tarixi, mədəni humanitar dəyərlərə söykənməyən qurumların yerində saydığı bir dövrdə Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir".

Türkiyə Prezidenti Ankara Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Azərbaycana, Türk Dövlətləri Təşkilatının hazırkı sədri Özbəkistana, həmçinin bütün iştirakçı dövlətlərə nümayəndə heyətlərinə bir daha təşəkkür edib.