Torpaq kanallar beton üzlüyə alınır
Region

Torpaq kanallar beton üzlüyə alınır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri torpaq kanalların beton üzlüyə alınmasıdır ki, fermerlərin əkin sahələrinin suvarılmasında su itkisi olmasın və ya çox az olsun. Son iki il ərzində Cəmiyyət bu istiqamətdə az iş görməyib.

Cəmiyyətin mətbuat xidməti bildirir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının (BİEA) Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən hazırda Biləsuvar rayonunda torpaq məcralı kanallar beton üzlüyə alınır. Cənubi Muğan Kanalından ayrılan və bir-neçə qoldan biri olan R-1 kanalında işlər sürətlə həyata keçirilir. Kanalın 2021-ci ildə 200 metr hissəsi beton üzlüyə alınıb. 2022-ci ildə isə 600 metrdən artıq hissəsinin betonlaşması nəzərdə tutulub və həyata keçirilib. İşlər bu il də davam edir.

Analoji tədbirlər Goranboy və Ağdaş rayonlarında da aparılıb. BİEA-nın Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi bu rayonlarda meliorativ tədbirlərini davam etdirir.

Nəriman CAVADOV,

"Respublika".