Tarix yaradan böyük azərbaycanlı
Siyasət

Tarix yaradan böyük azərbaycanlı

Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində elə fenomenal şəxsiyyətlər yetişir ki, onlar öz xalqının və ya bir neçə xalqın taleyini dəyişdirə bilirlər. Bəşəriyyətin inkişafı dövründə əqli, enerjisi ilə seçilən kifayət qədər şəxslər olmuşdur. Hər bir xalqın tarixdəki yeri rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyəti ölçülür. Tanrının bəxş etdiyi belə şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli siyasi varislik ənənələri yaradırlar.

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyət ümummilli lider Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Heydər Əliyev şəxsiyyətini öyrəndikcə müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənirik. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar mədəni sahələrdə intibaha can atan, hər addımda insan şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Ümummilli liderin müdrik uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, dövlət-vətəndaş birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq, ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə ulu öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə ölkənin inkişafında yeni impuls tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, dahi liderin Azərbaycana rəhbərlik etdiyi tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə, eyni missiyanın biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər. Dünya siyasət arenasında xüsusi yer alan Heydər Əliyevin məharətli siyasi bacarığı diplomatik fəaliyyəti nəticəsində Azərbaycan böyük zirvələr fəth etmişdir. Beynəlxalq müstəvidə dünya liderləri Heydər Əliyevi zəmanəni qabaqlayan dünyamiqyaslı dövlət xadimi kimi qəbul edirlər.

İdarəçilik fəlsəfəsi fərqli özünəməxsus cəhətlərlə zəngin olan ümummilli liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə zəngin olmuşdur. Milli özünəqayıdış özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib. Fəaliyyəti ilə zaman məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi ulu öndər Azərbaycanın inkişafında qazandığı uğur nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərmişdir. Bunun ən bariz nümunələrindən biri ümummilli liderin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığı təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək varis yetişdirməsidir. Bu gün Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi fəaliyyəti nəticəsində yaşayır uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı əhalisinin maddi rifah halının yaxşılaşması dayanır.

Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik edərkən ölkəmizdə qanunçuluğun hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən müdrik addımlar atmışdır. 1993- ildə xalqın tələbi ilə Azərbaycanda ali hakimiyyətə xilaskar qayıdışından sonra isə ölkəmizdə qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq azadlıqlarının yüksək səviyyədə qorunması mühüm prinsip elan edilmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlər həyata keçirilmişdir.

Azərbaycanda hüquqi dövlət quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır, müasir hüquq sisteminin qurulması inkişaf etdirilməsi onun dövlətçilik konsepsiyasında xüsusi yer tuturdu. Azərbaycanın hüquq sisteminin müxtəlif aspektlərinin, o cümlədən konstitusiya hüququnun inkişafı, insan hüquqlarının müdafiəsi, konstitusiya nəzarəti, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sisteminin formalaşması, milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesi ümummilli liderin genişmiqyaslı hüquqi islahatlarının tərkib hissəsi idi. Dahi şəxsiyyətin apardığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun tərəfindən imzalanan Fərman sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etmiş həyata keçirilən islahatlara yeni təkan vermişdir.

Dahi liderin bizə ərməğan qoyub getdiyi zəngin irs bu gün , sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu möhkəm sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilmişdir. Bu gün ictimai həyatımızda elə bir sahə tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın. Ulu öndərimizin hələ neçə il bundan əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici daxili siyasət kursu, milli neft strategiyası indiyədək əldə etdiyimiz bütün möhtəşəm nailiyyətlərin açarıdır desək, heç səhv etmərik. Çünki bunların təməlində ümummilli liderimiz, dünyasəviyyəli siyasətçi, dövlət xadimi Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarmışdır.

Ulu öndər Heydər Əliyev Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu xilaskar dövlət xadimi, milli lider xalq məhəbbətini qazanan öndər kimi qalacaqdır. Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam etibardır. Memarı qurucusu ümummilli lider Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir.

Abbas NƏSİBOV,

Ədliyyə Nazirliyi Bakı şəhəri Pirallahı rayon

icra şöbəsinin rəisi, ədliyyə müşaviri.