Tarıq Əhməd: Britaniya hökuməti Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq üçün atdıqları addımları alqışlayır
Digər xəbərlər

Tarıq Əhməd: Britaniya hökuməti Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq üçün atdıqları addımları alqışlayır

Böyük Britaniya hökuməti Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq üçün atdıqları addımları alqışlayır və hadisələri yaxından izləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya xarici işlər nazirinin müavini Lord Tarıq Əhməd Lordlar Palatasının üzvü Şeyx Məhəmmədin sualını cavablandırarkən söyləyib.

Şeyx Məhəmməd sualında Britaniya hökumətinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini necə qiymətləndirdiyini və Ermənistanın hər hansı əməkdaşlıq etməməsinin normallaşmaya mane olub-olmayacağını soruşub.

Cavabında nazir müavini Böyük Britaniya hökumətinin tərəflərin regionda sabitliyin və təhlükəsizliyin təmin olunması üçün danışıqlarda iştirakını təşviq etməyə davam edəcəyini bildirib.

AZƏRTAC