Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 95 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 95 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 95 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 75 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 510 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 557 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 438, indiyə qədər isə ümumilikdə 7 milyon 423 min 605 test icra olunub.                           

 

Dekabrın 27-də Azərbaycanda COVID-19 əleyhinə 365 doza vaksin vurulub

Dekabrın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 365 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 158, ikinci doza vaksinlərin sayı 79, üç və daha çox doza vaksinlərin sayı 110, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 18-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 930 min 256, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 462, ikinci mərhələ üzrə 4 milyon 875 min 464, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 777, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 553-dür.