Son dövrlər Azərbaycanın bölgələrində baş verən meşə yanğınları ilə əlaqədar Nazirlər Kabinetində işçi müşavirə keçirilib
Digər xəbərlər

Son dövrlər Azərbaycanın bölgələrində baş verən meşə yanğınları ilə əlaqədar Nazirlər Kabinetində işçi müşavirə keçirilib

Son dövrlər Azərbaycanın bölgələrində baş verən meşə yanğınları ilə əlaqədar sentyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə işçi müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə meşə yanğınlarının baş verdiyi ərazilərdə hazırkı vəziyyət, yanğınların səbəbləri, yanğınlarla mübarizə tədbirləri, mürəkkəb relyefli zonalarda yaranan çətinliklər, eyni zamanda, qarşıda duran vəzifələr və fəaliyyət müzakirə edilib.

Yanğınla mübarizə tədbirlərinin davam etdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına tapşırıqlar verilib.

AZƏRTAC