Şahmar Mövsümov: Təhsil sistemində işləyənlərin ən azı 80 faizi peyvənd olunmalıdır
MÜSAHİBƏLƏR

Şahmar Mövsümov: Təhsil sistemində işləyənlərin ən azı 80 faizi peyvənd olunmalıdır

Valideynlərin və uşaqların vaksinasiya olunması ilə bağlı hər hansı bir tələb yoxdur. Ancaq təhsil sistemində işləyənlərin vaksinasiya olunması tələbi var. Onların ən azı 80 faizi peyvənd olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, sentyabrın 15-dən məktəblərdə ənənəvi tədrisin bərpası nəzərdə tutulur. Lakin ənənəvi tədrisin bərpası sentyabrın əvvəlinə olan epidemioloji vəziyyətdən asılıdır.

 

Vaksinin effektiv və təhlükəsiz olması heç kəsdə şübhə doğurmamalıdır

Artıq 6 milyona yaxın doza vurulub və hər hansı bir fəsad yoxdur. Heç kimdə vaksinə görə hər hansı xəstəlik, problem meydana gəlməyib. Bir sözlə peyvənd effektivdir. Bunu biz rəqəmlərdə də görürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Biz peyvəndlənmə prosesinə başlayanda təbii ki, elmi məqalələrə, elmi işlərə əsaslanmışıq. Bütün dünya ölkələri də bunu edirdi. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil, elmi məqalə deyil, bu konkret faktlardır. Görünən odur ki, koronavirusdan ölənlərin 99 faizi vaksin vurdurmayan insanlardır. Vaksin olunanlar arasında yoluxanlar cəmi 0,6 faizdir. Vaksinin effektiv və təhlükəsiz olması artıq heç kəsdə şübhə doğurmamalıdır. Artıq bu nəzəriyyə deyil, faktdır”, - deyə Şahmar Mövsümov əlavə edib.

 

Bu gün hər hansı məhdudiyyətə getməyə ehtiyac yoxdur

Bu gün hər hansı bir əlavə sərtləşdirməyə, məhdudiyyətlərə getməyə ehtiyac yoxdur. Bu, ilk  növbədə, bu gün səhiyyə sistemimizin kifayət qədər xəstəni qəbul və müalicə etməsi iqtidarında olması ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

 

Saxta vaksin pasportu alan insanlar özlərinin, yaxınlarının həyatlarını təhlükə altına atırlar

Bu gün burada saxta vaksin pasportları verən həkimlər haqqında da danışıldı. Təəssüf ki, belələri var. Bizdə də hazırda reanimasiyada olan insanlar var ki, əllərində vaksin olunması ilə bağlı  pasportu var. Bir neçə halda istintaq əməliyyatları və sorğu-suallar nəticəsində bəlli olub ki, həmin insanlar saxta pasportla özlərini peyvənd olunmuş kimi təqdim ediblər. Amma faktiki olaraq onlara peyvənd vurulmayıb. Bu gün onlar reanimasiyada ağır vəziyyətdədirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov məlumat verib.

“Təsəvvür edin, insan öz əli ilə pul verib saxta pasport alıb və bu gün onun həyatı böyük təhlükə altındadır. Təbii ki, bütün bunlar araşdırılır və müxtəlif səhiyyə müəssisələri ilə bağlı cinayət işləri açılıb. Bütün bunlar xoşagəlməz hallardır. İnsanlar nəinki öz həyatlarını, yaxınlarının, əzizlərinin həyatlarını da təhlükə altına atırlar, həm də dövlətin siyasətinə xələl gətirirlər. Buna hansısa əsas gətirmək qeyri-mümkündür. Təbii ki, bütün müvafiq dövlət orqanları bu cür hallara qarşı mübarizəni davam edəcəklər”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

 

Sentyabrın 15-dən məktəblərdə ənənəvi tədrisin bərpası nəzərdə tutulur

Sentyabrın 15-dən məktəblərdə ənənəvi tədrisin bərpası nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, ənənəvi tədrisin bərpası sentyabrın 15-nə olan epidemioloji vəziyyətdən asılıdır.

 

Valideynlərin və uşaqların vaksinasiya olunması ilə bağlı tələb yoxdur

Valideynlərin və uşaqların vaksinasiya olunması ilə bağlı hər hansı bir tələb yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, təhsil sistemində işləyənlərin vaksinasiya olunması tələbi var.

AZƏRTAC