Qarabağın incisi, Zəfərimizin rəmzi
Siyasət

Qarabağın incisi, Zəfərimizin rəmzi

"İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".

İkinci Qarabağ müharibəsinin gedişində dövlət başçısı İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavab olaraq bu fikirləri səsləndirmişdi. Ali Baş Komandanın bu sözləri Azərbaycan xalqının qəlbində bir ümid oyatmış, müharibənin gedişində qazandığımız ardıcıl qələbələr Şuşanı bir nəfəs qədər bizə yaxınlaşdırmışdı. 28 il düşmən tapdağında qalan qədim şəhərimiz Şuşa heç vaxt ermənilərin olmayıb. Bu şəhər qatillərin, baş kəsən cəlladların, canilərin deyil, bəstəkarların, yazıçıların, xanəndələrin yurd-yuvası olub. Həm ümummilli liderin sevdiyi bir şəhər olub Şuşa. Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək, Şuşa başda olmaqla işğalda olan Qarabağı azad etmək idi. Bunun üçün çox çalışsa da qiymətli ömrü Şanlı qələbəmizi görməyə yetməmiş, Şuşanı azad etməyi layiqli davamçısı İlham Əliyevə vəsiyyət etmişdi.

Dövlət başçımız Prezident seçildiyi gündən etibarən Heydər Əliyevin vəsiyyətinə sadiq qalaraq ərazi bütövlüyümüzü bərpa etmək üçün durmadan çalışıb. 2020-ci il sentyabrın 27- başlayan əsk-hücum əməliyyatlarından sonra xalqımıza sevindirici xəbərlər verən Ali Baş Komandan həmin il noyabrın 8- Şəhidlər xiyabanında bu sözlərlə Azərbaycan xalqını müjdələmişdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!". Prezidentin bu sözlərindən sonra böyük-kiçik, Şuşanı görən-görməyən, damarlarında azərbaycanlı qanı axan hər bir insanın qəlbinə sevinc, üzünə təbəssüm, ruhuna rahatlıq, gözlərinə işıq gəlmişdi. Bu gün Azərbaycan tarixinə Zəfər günü kimi daxil oldu.

Şuşa şəhəri mənəvi baxımdan Azərbaycan üçün önəmli olduğu kimi, həm strateji cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi. Şəhərin erməni qəsbkarlarından azad edilməsi Vətən müharibəsində Zəfər qazanmaq üçün vacib amil idi. Erməni ordusunun hərbi siyasi rəhbərliyi bunu yaxşı anlayırdı Şuşanın müdafiəsinə çox yaxşı hazırlaşmışdı. Yerləşdiyi coğrafi mövqeyi ilə alınmaz qala rolunu oynayan şəhərin tez bir zamanda fəth olunacağına işğalçı ordunun özü belə inana bilmirdi. Lakin milli ruhda yetişən hərbçilərimiz yüksək zirvələri aşaraq şəhərə daxil olmuş, əlbəyaxa döyüşlərdə düşməni məğlub etmişdi. Hətta düşmən bu qəhrəman hərbçilərimizin şücaətinə həsəd aparıb. Erməni əsgərləri çıxışlarında bildiriblər ki, onları şəhərin girişində gözləyərkən, qəflətən şəhərin içində atışma səsləri eşitdik. Şuşaya haradan gəldiklərini bilmirdik. Sonradan başa düşdük ki, qayalara dırmanaraq şəhərə giriblər. Çox az sayda olmaqlarına baxmayaraq, hərbçilərimiz tez bir zamanda döyüşlərdə üstünlüyü ələ ala bilmişdi.

Mayın 10-da ulu öndər Heydər Əliyevin 100 illik yubileyi günü Prezident İlham Əliyev xalqa müraciətini təsadüfən Şuşadan etməmişdi. Azərbaycan xalqına təbriklərini çatdıran dövlətimizin başçısı Şuşanı Zəfərimizin rəmzi tacı adlandırmışdır. Həmçinin xalqa müraciət etdiyi meydan da simvolik məna daşıyırdı. Məhz bu məkanda qəhrəman hərbçilərimiz Şuşanın azad olunması ilə bağlı Müzəffər Ali Baş Komandana raport vermiş həmin meydanda yerləşən binanın damına Azərbaycan Bayrağını qaldırmışdılar. Digər bir səbəb Heydər Əliyevin bu şəhəri böyük məhəbbətlə sevməsi olub. Ümummilli lider Şuşanı adi bir şəhər deyil, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük bir tarixi abidə kimi görürdü. Dəfələrlə vurğulayırdı ki, bura mütləq yenidən qayıdacağıq.

Bütün ərazilərimizə olduğu kimi, Şuşaya da ərazi iddiaları edən ermənilərin, bu şəhərin tarixində yaranmasında heç bir rolu olmamışdır. Şuşanın azərbaycanlılara məxsus olması tarixi həqiqətdir. Şuşanı quran da, yaradan da, onu dünyaya tanıtdıran da azərbaycanlılar olub.

Şəhərin yaranma tarixi XVIII əsrin ortalarına təsadüf edir. Bünövrəsi Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan yaşayış məskəni ilk vaxtlar xanın şərəfinə "Pənahabad", daha sonra isə "Şuşa qalası" "Şuşa şəhəri" adlandırılıb. Pənahəli xanın oğlu İbrahimxəlinin dövründə şəhər inkişaf dövrünü yaşayıb. İbrahimxəlil xanın hakimiyyəti illərində Şuşada çoxsaylı tikinti işləri aparılıb, hündür binalar möhtəşəm qala divarları salınıb. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası çini qabları ilə dünya bazarları miqyasına çıxmış bununla da böyük şöhrət qazanmışdı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Asiya Avropada yerləşən iri şəhərlərlə Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Marsel başda olmaqla ticarət əlaqələri qururdular. Həmçinin şəhərdə "Pənahabadi" adlı gümüş sikkələr dövriyyəyə buraxılmışdı. Şəhəri cəlbedici edən təkcə onun dağların qoynunda yerləşməsi, qala divarları ilə əhatə olunması deyil, buranın özünəməxsus təbiətidir. Havasının təmizliyi, saflığı müalicəvi əhəmiyyəti olmaqla yanaşı, dünyanın heç bir yerində bitməyən "Xarıbülbül" "İsa bulağı" Şuşa şəhərinin rəmzləri hesab olunur. Qafqazın musiqi mərkəzi sayılan şəhərdə Şuşa Humanitar Kollecinin böyük töhfələri olub. Şuşa həm mədəniyyətimizin beşiyidir. Dünyaya çox nadir insanlar bəxş etmiş Qarabağın bu incisini "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" "Zaqafqaziyanın konservatoriyası" adlandırıblar. Dünyaşöhrətli dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə burada Azərbaycanda ilk dəfə peşəkar musiqi təhsilinin təməli qoyulub.

1992-ci il mayın 8- xəyanət nəticəsində erməni birləşmələrinə təhvil verilən Şuşa düşmən tərəfindən talana məruz qalmışdı. Dahi şəxsiyyətlərimiz olan dünyaya bu şəhərdə göz açmış Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül başqa sənətkarların yaşayıb yaratdığı Şuşa erməni işğalı nəticəsində dağıdılmış, mədəni irsinə böyük təcavüz edilmişdi. Vandal düşmən Şuşa Mədəniyyət Evini dağıdıb dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran etmişdi. Tarix boyu soyğun talanla məşğul olan ermənilər görkəmli şəxsiyyətlərimizin büstlərini gülləbaran etdikdən sonra onları satmaq üçün Ermənistana aparmışdı. Məhz ulu öndərin səyi nəticəsində büstlər ermənilərdən geri alınmışdı. Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 30 il Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin Bülbülün büstlərini yenidən öz yerinə qaytarmışdı.

2021-ci il mayın 7- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq şəhərsalma sənətinin parlaq incisi kimi Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Musa BAĞIRLI,

"Respublika".