Ölkəmizdə real ÜDM çoxalıb
İQTİSADİYYAT

Ölkəmizdə real ÜDM çoxalıb

Azərbaycanda real ÜDM-in həcmi 2021-ci  ilin ilk yarısında (2005-ci ilin qiymətləri ilə) 12,212 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir  ki, təkcə cari ilin II rübündə real ÜDM-in həcmi 6,672 mlrd. manat təşkil edib ki, bu da I rüblə müqayisədə 20,4%, ötən ilin analoji rübü ilə müqayisədə isə 5,5% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında real ÜDM istehsalı əsasən mədənçıxarma sənayesi və karxanaların işləməsinin payına düşüb (36,6%). Nəqliyyat, anbar təsərrüfatı və rabitə sektorunun real ÜDM istehsalında payı isə 15,8%-ə bərabər olub.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.