Mülki şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır
Digər xəbərlər

Mülki şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd olunan ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AZƏRTAC