Türkiyə jurnalisti: Ümid edirəm, Ağdam və digər şəhərlər tezliklə bərpa olunacaq
Digər xəbərlər

Türkiyə jurnalisti: Ümid edirəm, Ağdam və digər şəhərlər tezliklə bərpa olunacaq

Ağdam ruhlar şəhəri kimidir. Buranı belə vəziyyətdə görmək insana pis təsir edir. Dini dəyərlərə, insani duyğulara toxunulması daha çox ağrılıdır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdama səfər etmiş Türkiyənin NTV televiziyasının jurnalisti Tuana Çifçi deyib.

"Bir jurnalist olaraq müharibə vaxtı olanları izləyirdik. Təbii ki, televiziyada gördüklərimizlə burada gördüklərimiz çox fərqlidir. Heç bir şey ekranda izlədiyimiz kimi deyil. Ümid edirəm Ağdam və digər şəhərlər tezliklə bərpa olunacaq və buranın sakinləri əvvəlki günlərinə qovuşacaqlar", - deyə NTV televiziyasının jurnalisti bildirib.