Mədənçıxarma sənayesində istehsal artıb
İQTİSADİYYAT

Mədənçıxarma sənayesində istehsal artıb

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,5 milyard manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 1,6 faiz artmışdır.

Dövlət Statistika Komitəsi aylıq hesabatında bildirir ki, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 28,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 26,4 milyard kubmetr təşkil etmişdir. Əmtəəlik neft hasilatı 0,1 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 22 faiz artmışdır.

Cari ilin yanvar-oktyabr aylarında 2876,8 kq qızıl, 3958 kq gümüş istehsal edilmişdir. 2020-ci ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 3,5 % azalmış, gümüş istehsalı isə 8,6 % artmışdır.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.